"Ərdoğana dedim ki, imkan ver, 5 il də mən bu ölkəni idarə edim" - İNCƏ AÇIQLADI
Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Muharrem İncə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşündən maraqlı bir detal açıqlayıb.
APA TV-nin məlumatına görə, M.İncə görüş zamanı R.T.Ərdoğana hakimiyyətdə olduğu müddətlə bağlı irad tutduğunu bildirib:
"Ona dedim ki, 16 ildir hakimiyyətdəsən, imkan ver, 5 il də mən bu ölkəni idarə edim. İnan ki, bu, ölkəmiz üçün çox daha faydalı olar".
Namizəd Türkiyə prezidentinin buna etiraz etdiyini və ona dövlət başçısı kimi 3 il 5 ay hakimiyyətdə olduğunu xatırladıb.
"Dedi ki, prezident kimi 3,5 ildir hakimiyyətdəyəm. Mən də ondan soruşdum ki, bəs baş nazir olduğun müddəti unutmusanmı?" - Muharrem İncə belə deyib.