Göyçayda "Jiquli" "Shacman"la toqquşdu: 1 ölü, 2 yaralı
Göyçayda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2106” markalı minik avtomobilinin “SHACMAN” markalı yük avtomobili ilə toqquşması nəticəsində İsmayıllı rayon sakini Novruzov Bayram Fərhad oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Minik avtomobilinin sərnişinləri olan İsmayıllı sakinləri - 2001-ci il təvəllüdlü Şəfiyeva Kamilə Rövşən qızı və 1968-ci il təvəllüdlü anası Reyhan Şəfiyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.