Motorollerlə qəzaya uğrayan sürücü öldü - LƏNKƏRANDA
Mayın 9-da Lənkəranda baş vermiş yol qəzasında yaralanan şəxslərdən biri dünyasını dəyişib.
APA TV-nin cənub bürosunun məlumatına görə, "Muravey" markalı motorollerlə "VAZ 2107" markalı avtomobilin toqquşması zamanı kəllə-beyin travması alan motosiklet sürücüsü Qurban Abbasov müalicə aldığı xəstəxanada həyatını itirib. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.
Qeyd edək ki, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobillə "Muravey" markalı motorollerin toqquşması zamanı ikincinin sürücüsü və sərnişini xəsarət almışdı.
Faktla bağlı araşdırmalar davam etdirilir.