"Eurovision-2018"-dəki qələbə Netanyahunu sevindirdi - NÖVBƏTİ YARIŞ QÜDSDƏ OLACAQ
“Eurovision-2019” Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.
“Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi olan İsrail təmsilçisi Nettanı "Twitter" sosial şəbəkəsindəki səhifəsində təbrik edən B. Netanyahu yazıb ki, Netta İsrailə böyük şöhrət gətirib və növbəti mahnı müsabiqəsi Qüdsdə olacaq.
Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O, "TOY" mahnısını ifa edərək, 529 xalla müsabiqədə birinci yerin sahibi olub.