Bakı metropolitenində PROBLEM YARANIB
Dekabrın 19-da səhər saatlarında Bakı Metropolitenində «28 May»-«Dərnəgül» stansiyaları arasında qatarların hərəkətində problemlər yaranıb və bunun nəticəsində ləngimələr baş verib. Qatarlar təxminən 20-30 dəqiqəlik gecikmə ilə gəlib. Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva APA TV-yə metroda yaşanmış problemin səbəbini açıqlayıb: "Metronun "28 may"və "Gənclik" stansiyaları arasında texniki problem olub. Tezliklə aradan qaldırıldı. Hazırda heç bir problemimiz yoxdur".
Texniki nasazlıq səhər saatlarında yarandığından metroda insanların sayı həddən çox olub. Nəticədə ciddi sıxlıq yaranıb, havasızlıqdan özlərini narahat hiss edənlər açıq hava çıxarılıb.