Sabirabadda qatarın vurduğu kişi xəstəxanada can verdi
Sabirabad rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zalqaraağac kəndi ərazisindən keçən dəmir yolu xəttində baş verib.
Qatar kənd sakini, 1982-ci il təvəllüdlü Cavadov Rahil Əlihüseyn oğlunu vurub. Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən R.Cavadovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.