Ramazan ayı mayın 17-də başlayır - QMİ AÇIQLADI

Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-ci günü mayın 17-nə təsadüf edir. 


Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub.

 

Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a təsadüf edir.


Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq.

Müəllif | Apa.Tv
Apa.tv