İŞİD Parisdə terror törətdi - ÖLƏN VƏ YARALANANLAR VAR
Parisdə terror aktı törədilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, naməlum şəxs əlindəki bıçaqla 1 nəfəri öldürüb, 4 nəfəri isə yaralayıb.
O hadisə yerindən qaçmaq istəyərkən polisin açdığı atəş nəticəsində öldürülüb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs terrorçu kimi uzun müddət axtarışdadır.
Qeyd edək ki, hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.