Şimali Koreya nüvə poliqonlarını partladacaq
Şimali Koreya nüvə sınağı poliqonlarını və tədqiqat mərkəzlərini, o cümlədən tunellər və müşahidə məntəqələrini bağlayacaq.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qərar 23-25 may tarixləri arasında icra ediləcək. Hökumət bu prosesi müşahidə etmək üçün əcnəbi jurnalistləri də ölkəyə dəvət edəcək.
Bundan əlavə hökumət ölkənin şimal-şərqindəki bütün sınaq sahəsi və tunellərin partladılaraq məhv ediləcəyi, mühafizə sahələrinin isə ləğv olunacağını açıqlayıb.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In bu qərarını ilk dəfə Cənubi Koreyadan olan həmkarı ilə görüşdə elan etmişdi.