Bakıda xəzri güclənəcək, bölgələrdə leysan yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25 dərəcə, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində mayın 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 15-16 dərəcə isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında mayın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 24-29 dərəcə, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv