MTRŞ: Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilməyib

Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib, o, bu vəzifəni müvəqqəti icra edir.

 

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

 

O bildirib ki, MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədilə müsabiqə elan edib.

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər sənədlərini 15 may 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək MTRŞ-ya təqdim etməlidirlər.

 

Qeyd edək ki, ötən həftə Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib. İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının yaydığı məlumatda Balakişi Qasımovun İTV-nin yeni baş direktoru seçildiyi bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv