Paşinyan ölkədən çıxdı - İRƏVANDA YENİ AKSİYALAR BAŞLADI

İrəvanda yenidən aksiyalar başlayıb.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, baş prokurorluğun qarşısında toplaşan etirazçılar siyasi məhbusların azad olunmasını və baş prokurorun vəzifədən getməsini tələb edir.

 

Qarabağ müharibəsi iştirakçısı Volodya Avetisyan ölkə prokuroru və hakimlərinin yaramaz sistemlə çalışdığını qeyd edib: "Biz, baş prokurorun istefasını istəyirik. Serj Sarkisyan getdi. Onun rejimi də getməlidir. Baş prokuroru qovmaq lazımdır ki, ölkədə qanunun aliliyi təmin edilsin".

 

O, həmçinin yeni ədliyyə nazirinə də səslənib və konstitusiyanın 76-cı maddəsinin hələ də işləmədiyini və məhbusların pul qarşılığında azadlığa buraxılmalarının davam etdiyini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv