Qəzzada qanlı toqquşmalar - ÇOX SAYDA ÖLÜ VƏ YARALI VAR

Ərəb Liqasının  Qüdsdə ABŞ səfirliyinin açılması ilə bağlı növbədənkənar toplantısı keçiriləcək.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün ABŞ-ın Qüdsdə yeni səfirlik binasının açılış mərasimi keçiriləcək.

 

Açılış mərasimində iştirak üçün Ağ Evdən yüksək vəzifəli şəxslər və Donald Trampın qızı İvanka və həyat yoldaşı Cared Kuşner artıq Qüdsdədir. Həmçinin tədbirdə 32 ölkənin nümayəndəsinin də iştirakı gözlənilir.

 

Onu da qeyd edək ki, İsrail hökuməti artıq Qüdsün tam şəkildə yəhudiləşdirilməsi üçün tədbirlər planı hazırlayıb. Ərəb və müsəlmanların üstünlük təşkil etdiyi qərbi Qüdsün yəhudiləşdirilməsi üçün hökumət 560 milyon dollarlıq fond yaradıb. Qüdsün tam nəzarətə götürülməsi üçün isə 5 illik bir müddətin müəyyənləşdirildiyi bildirilir.  

 

Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz edən fələstinlilər Qəzza bölgəsində sərhəd qapılarına yaxınlaşaraq İsrail tərəfə keçmək istəyiblər. Buna icazə verməyən İsrail polisi isə atəş açıb. Nəticədə 16 nəfər ölüb, 500-dək yaralının olduğu bildirilir.

 

Toqquşmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv