Gəncədə avtomobil piyadanı vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin qərb məlumatına görə, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Rabil Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada, 1986-cı il təvəllüdlü Arzu Quliyevi vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv