Qüdsdə ABŞ səfirliyinin açılışı oldu
Qüdsdə ABŞ-ın İsraildəki səfirliyinin açılış mərasimi keçirilib.
APA TV-nin "Fox News"a istinadən verdiyi məlumata görə, ABŞ dövlət başçısı Donald Tramp açılışda iştirak etməsə də, video görüntü ilə təbriklərini çatdırıb.
D.Tramp təbrikində qeyd edib ki, səfirliyin Qüdsə köçürülməsi ilə bağlı qərar şəhərin yeni sərhədlərini müəyyənləşdirmir. O həmçinin bildirib ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi Vaşinqtonun ərəb-İsrail münaqişəsində yəhudi hökumətinin tərəfini saxladığını göstərir.
İsrailin baş naziri Benyamin Netanyahu isə qərarı düzgün sayıb və D.Trampa təşəkkür edib.
Mərasimə D.Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner də qatılıb.
Qeyd edək ki, Donald Trampın bu addımına qarşı bir sıra qərb dövlətlərindən cavab gəlib. İngiltərə baş naziri Tereza Mey səfirliklərinin Qüdsə keçirilməyəcəyini bəyan edib. Almaniya Xarici İşlər Nazirliyindən də eyni açıqlama verilib.