İsrail Qəzza zolağına ordu yeritdi - ÖLDÜRÜLƏN FƏLƏSTİNLİLƏRİN SAYI ARTIR

Qəzzada İsrail hərbçiləri tərəfindən öldürülən fələstinlilərin sayı 41-ə çatıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ölənlər arasında uşaq da var. Yaralıların sayı isə 1700-ü ötüb.

 

ABŞ-ın Qüds şəhərində səfirlik açmasına etiraz olaraq İsrail və Qəzza zolağı arasındakı sərhədin 12 yerində kütləvi aksiyalar başlayıb. Aksiyalara 35 mindən çox fələstinli qatılıb. İştirakçıların aqressiv hissəsi İsrail əsgərləri tərəfə içərisində yandırıcı maye olan şüşələr, əldəqayırma partlayıcılar atmağa, topladıqları təkərləri yandırmağa başlayıblar, bəziləri isə sərhəd maneələrini aşmağa çalışıb. İsrail əsgərləri onlara odlu silahdan atəş açıb.

 

İsrail ordusu sərhəd xəttinə 2 əlavə piyada briqadası göndərib. Daha bir briqada İordan çayının qərb sahilinə yeridilib.

Müəllif | Apa.Tv
Apa.tv