Ermənistan-Azərbaycan sərhədini keçmək istəyən 6 nəfərin görüntüsü yayıldı - İŞ TAPMAQ İSTƏYİBLƏR

Mayın 8-də Ermənistan-Azərbaycan dövlət sərhədini pozan 6 əcnəbi Banqladeş vətəndaşıdır.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası ilə sərhəd yaxınlığında Ermənistan hərbçilərinin yaxaladığı əcnəbilər azdıqlarını iddia edib.

Onlar ifadələrində İrandan Türkiyə ərazisinə keçmək və orada iş tapmaq niyyətində olduqlarını, amma bilmədən Ermənistana keçdiklərini deyib.  

Cinayət işi açılıb, araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv