Səudiyyə Ərəbistanı ərazi yenidən hədəfdə - RAKET SƏHRAYA DÜŞDÜ
Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanına yenidən raket buraxıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, krallığın Cəzan əyalətinə endirilən raket zərbələri səhraya düşüb.
Hədəfdə yenə Cəzan əyalətindəki benzindoldurma məntəqələri olub.
Xatırladaq ki, bununla da Səudiyyə Ərəbistanına husilər tərəfindən endirilən raket zərbələrinin sayı 29-a çatıb.