Rusiya XİN: İranla ABŞ arasında vasitəçi olmaq istəmirik
"Moskva özünü İran və ABŞ arasındakı danışıqlarda vasitəçi kimi görmək istəmir".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Bununla belə o, ölkəsini nüvə razılaşmasının bir tərəfi olduğunu deyib və rəsmi Moskvanın ABŞ-la danışıqlardan imtina etmədiyini, bir çox məsələlərdə dialoq labüd olduğunu vurğulayıb.
Nüvə razılaşmasının qüvvədən düşməsinin Rusiya, Çin və digər qərb dövlətləri ilə iqtisadi balansı pozacağını qeyd edən nazir müavini ABŞ-ın digər ölkələrlə münasibətləri pisləşdirməyə doğru irəlilədiyini iddia edib.
Həmçinin Sergey Ryabkov ABŞ-dan başqa heç bir müttəfiqinin nüvə razılaşmasını tərk etmədiyini diqqətə çatdırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz açıqlamasında ABŞ-ın nüvə razılaşmasından çıxdıqdan sonra müqavilədəki tərəflərə təzyiq göstərməyə başladığını deyib. ABŞ-ın müqavilədən çıxaraq sənədlə bağlı bütün hüquqlarını itirdiyini deyən S.Lavrov qərb dövlətlərinin ABŞ-dan asılılığı azaltmağa çalışdığını vurğulayıb.