Nazir müavini: "Sumqayıt Dövlət Universitetinin rektorunun işdən çıxarılmasının səbəbi..."

"Azərbaycanda bütün ali təhsil ocaqlarının iki qrupa bölünərək adi və milli statusun verilməsi və onlara qəbulun hansı formada aparılması ilə bağlı Təhsil Nazirliyinin təklifləri hazırlanır".

APA TV-nin xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib: "Orda meyarlar müəyyənləşdiriləcək. Təbi ki, hökümət baxdıqdan sonra son qərar olacaq".

 

Nazir müavini Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhramanovun  işdən azad edilməsinə də münasibət bildirib: "Rəsmi məlumat ondan ibarətdir ki, Sumqayıt Dövlət Univerisitetinin rektoru Nadir Qəhrəmanov öz ərizəsi ilə müraciət edib. Ökə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib".

 

Doktoranturaya qəbul imtahanlarının nə vaxt keçiriləcəyinə gəlincə, nazir müavini bununla bağlı yaxın günlərdə qərar veriləcəyini və ictimayatə açıqlanacağını bildirib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova