Bərdədə qatar traktorla toqquşdu: 3 yaralı - BİRİNİN AYAQLARI KƏSİLDİ
Bərdədə qatar traktoru vurub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib.
Toqquşma nəticəsində traktorda olan 3 nəfər xəsarət alıb. Onların Bərdə rayonunun Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.
Traktorun sürücüsü olan Zabil Bağırovun ayaqları amputasiya olunub.