Tərtərdə iki "Jiquli" toqquşdu, ölən var

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, mayın 15-də saat 17:00 radələrində Tərtər şəhərinin ərazisində şəhər sakinləri Mehdi Mustafayevin və Mehman Əsədovun idarə etdikləri iki “VAZ-2106” markalı avtomobil toqquşub.

 

Nəticədə xəstəxanaya yerləşdirilən M.Əsədov orada ölüb.

 

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv