Rusiya Şimali Qafqazda «İskəndər» raketi yerləşdirib
Rusiya Şimali Qafqaz regionuna - Cənub Hərbi Dairəsinə «İskəndər-M» operativ-taktik raket komplekslərinin birinci divizionunu yerləşdirib.
Bu barədə APA Rusiyanın «İnterfaks-AVN» agentliyinə istinadən məlumat verib. «İskəndər-M» raket divizionu Krasnodar diyarında bazalaşdırılacaq. Yaxın aylarda bölgədəki iki raket briqadası da «İskəndər-M» divizionuna sahib olacaq.
NATO kodu «SS-26 Stone» olan «İskəndər» operativ-taktiki raketlərinin atış uzaqlığı 500 km-ə qədərdir. Rusiyanın 2008-ci ildə Gürcüstanla müharibədə Qori şəhərinin bombalanmasında bu raketlərdən istifadə etdiyinə dair məlumatlar mövcuddur.