İki "VAZ" toqquşdu: 1 ÖLÜ, 1 YARALI

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə rayonun Şıxsalahlı kəndində qeydə alınıb. Rayonun Osmanlı kənd sakini, 44 yaşlı İlqar Bayramov idarə etdiyi "VAZ 2106" markalı avtomobil Axtaçı kənd sakini 31 yaşlı Seyran Əkbərovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2107" markalı avtomobilin sürücüsü Seyran Əkbərov hadisə yerində ölüb. Digər sürücü İlqar Bayramov Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisəyə səbəb "VAZ 2107" markalı avtomobilin qəfildən yola çıxması olub.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı