Silahlı şəxs qarət üçün girdiyi evdə 5 nəfəri öldürdü - ABŞ-DA

ABŞ-ın Ponder şəhərində (Texas ştatı) silahlı insident baş verib.

APA TV-nin REN TV-yə istinadən məlumatına görə, naməlum silahlı şəxs fərdi evdə azı 5 nəfəri güllələyərək öldürüb, daha 1 nəfər yaralanıb.

İlkin məlumata görə, həmin silahlı evə qarət məqsədi ilə daxil olub.

İnsidentin digər təfərrüatları hələ ki məlum deyil.

Müəllif | Apa.Tv
Apa.tv