İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə hava zərbələri endirib

İsrail Hərbi-Hava Qüvvələri HƏMAS hərəkatının Qəzza zolağının şimalında yerləşən mövqelərinə zərbələr endirib.

APA TV-nin məlumatına görə, bu barədə İsrail müdafiə ordusunun “Twitter” səhifəsində məlumat yayılıb.

Məlumata görə, bundan əvvəl İsrailin Sderot şəhəri Qəzza istiqamətindən atəşə tutulub.

“Bir neçə dəqiqə əvvəl qırıcı təyyarələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın mövqelərinə zərbələr endirib. Əməliyyatı zamanı 4 hədəf məhv olunub. Onlardan dördü terrorçuların hərbi kompleksi, üçü isə silah istehsalına aiddir”, - məlumatda belə deyilir.

Rəsmi Tel-Əviv bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti HƏMAS hərəkatının üzərinə qoyub. ABŞ-ın Qüds ilə bağlı məlum qərarından sonra HƏMAS İsrailə qarşı raket hücumlarını artırıb.

Müəllif | Apa.Tv
Apa.tv