Rza Zərrabın 1,5 milyon dollar rüşvət verdiyi nazirin adı açıqlandı - EGEMEN BAĞIŞ!

Türkiyədə davam edən korrupsiya qalmaqalı çərçivəsində adı açıqlanmayan dördüncü nazirin kimliyi məlum olub. Adı rüşvət qalmaqalına qarışan və azərbaycanlı iş adamı Rza Zərrabdan 1,5 milyon dollar rüşvət aldığı iddia edilən nazirin Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış olduğu bildirilir. Təriqətin nəzarətində olan qəzetlərin yazdığına görə, aparılan araşdırma zamanı Rza Zərrabın nazirə 3 milyon lirəyə yaxın rüşvət verdiyi təsdiqlənib. Bunun müqabilində Egemen Bağış Rza Zərrabın sənədləşmə işlərini nəzarətə götürüb, onun atasını İtaliya vizası verib və bu ölkədə yaşamaq hüququnu rəsmiləşdirib, Zərrabın işlərini idarə edən 5 nəfərin Türkiyə vətəndaşlığına qəbul olunmasını təmin edib, Zərrab haqqında mətbuata məlumat sızdırılmasının qarşısını alıb və ən nəhayət iş adamının otel tikdirmək layihəsinə dəstək verib. İddialarda Rza Zərrabın 1,5 milyon dolları Egenem Bağışa üç dəfəyə, bu ilin aprel, avqust və oktyabr aylarında verdiyi bildirilir. Azərbaycanlı iş adamının nazirə 19 apreldə 500 min dollar rüşvət verməsinin lent görtüntüləri olduğu iddiası da var.

Müəllif | Apa.Tv
Apa.tv