Donald Tusk: "Tramp kimi dostu olanın düşmənə ehtiyacı yoxdur"

"Belə bir dostu olanın düşmənə ehtiyacı yoxdur".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ağ Ev rəhbəri Donald Tramp haqqında deyib: "Avropa özünün aldadıcı xəyalları ilə vidalaşdığı üçün D.Trampa təşəkkür etməlidir. Biz anladıq ki, əgər yardıma ehtiyacın varsa bunu ilk növbədə özün etməlisən. Bu bizim üçün bir sınaq olsa da, iradə və qərarlılıq nümayiş etdirməliyik".

 

O, həmçinin ittifaq ölkələrinin ABŞ-ın son dövrdə sərgilədiyi siyasətə qarşı birlik nümayiş etdirməli olduğunu, habelə yaxın vaxtlarda ABŞ-ın İranla bağlı addımlarının müzakirə ediləcəyini bildirib.

 

D.Tuskun sözlərinə görə, Avropa İttifaqı Tehranla imzalanan razılaşmalara sadiq qalacaq.

Müəllif | Apa.Tv
Fərid Rəsulov