Ərdoğan: "HƏMAS terror təşkilatı deyil, İsrail işğalçıdır"
"HƏMAS-ı terror təşkilatı kimi tanımadım, tanımıram. İsrail işğalçıdır, HƏMAS torpaqlarını azad etmək niyyətində olan mübarizə hərəkatlarından biridir".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib: "İsrail BMT Təhlükəsizlik Şurasının (TŞ) qərarlarını qəbul etmir, tez-tez bu qərarları pozur. Önəmli olan bu ölkənin etdiyi ədalətsizliklər və haqsızlıqlar qarşısında ortaq mövqe qoymaqdır. Ancaq bu məsələdə nə beynəlxalq aləmin, hətta Ərəb Liqasının və islam dünyasının arzulanan səviyyədə birgə mövqe ortaya qoyduğunu demək çətindir".
Ərdoğan bildirib ki, Qəzzada yaralananları İsrail və Misir qəbul etmir, onların Türkiyəyə gətirilməsi üzərində çalışırıq. "Qızıl Ay" Qəzzaya 100 min dollar dəyərində dərman və tibbi ləvazimat göndərib.
Türkiyə prezidenti ABŞ səfirliyinin Qüdsə daşınmasının utancverici olduğunu söyləyib, əlavə edib ki, bu məsələ Türkiyə üçün "qırmızı xətt"dir.