Səudiyyə "Hizbullah" liderini terrorçu elan etdi

"Hizbullah" lideri Səudiyyə Ərəbistanının terrorçular siyahısına daxil edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Səudiyyə hökuməti terror qruplaşmaları siyahısına Həsən Nəsrullah da daxil olmaqla 8 nəfərin və 2 terror təşkilatının adını daxil edib.

 

Səudiyyə Ərəbistanı təhlükəsizlik orqanlarının yaydığı xəbərə görə, bu barədə şuranın iclasında qərar qəbul edilib. Açıqlamada həmçinin qeyd olunur ki, "Hizbullah" terror qruplaşması İranın dəstəyi ilə Yəməndə, Suriyada, Livanda və digər ərəb ölkələrində Səudiyyə hökumətinə qarşı fəaliyyət göstərir və onun təhlükəsizliyini təhdid altında saxlayır. Adı çəkilən terrorçu qruplaşmaya qarşı fəaliyyətin gücləndiriləcəyi də bildirilir.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə yanaşı, Bəhreyn, Küveyt, Qətər, Oman və BƏƏ də "Hizbullah"ı terrorçu qruplaşma kimi tanıyıblar.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı