Paşinyan: "Ermənistandakı bütün etiraz aksiyaları dayandırılır"

"17 may saat 15:00-dan etibarən ölkədəki kütləvi itaətsizlik aksiyaları dayandırılır".

 

APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, bunu baş nazir Nikol Paşinyan bəyan edib.

 

Baş nazir bildirib ki, bundan sonra etirazçıların bütün tələblərinin araşdırılması üçün komissiya yaradılacaq və bu məsələlər həll ediləcək.

 

O, eyni zamanda insanları provokativ addımlardan çəkinməyə və xalqın seçdiyi hakimiyyətə güvənməyə çağırıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov