Makron: "Avropa Birliyi genişlənməyə hazır deyil"
"Avropa Birliyi daha da genişlənməyə hazır deyil". APA TV-nin "İnterfax"a istinadən xəbərinə görə, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.
"Mən Balkan ölkələri ilə yaxınlaşmaqda maraqlıyam, ancaq onların Avropa Birliyinə qəbul edilməsi olduqca mürəkkəb məsələdir və bu işdə tələsmək olmaz. Təşkilatın genişlənməsi diqqətdə saxlanılmalıdır" - deyə Fransa prezidenti vurğulayıb.
Son 15 il ərzində birlik ölkələrinin olduqca zəiflədiyini və təşkilatın effektivliyinin azaldığını deyən Makron yeni üzvlərin qəbul olunmasının olduqca tez olduğunu deyib: "Başqa çıxış yolları da var. Onların icrasına daha çox diqqət yetirməliyik. İslahatlar keçirən və Avropaya yaxınlaşan ölkələrə kömək etmək lazımdır. Bu, mənim geosiyasi seçimimdir. Ancaq mən Avropa Birliyinin daha da genişləndirilməsi üçün atılacaq addımların lehinə deyiləm".
Fransa prezidenti həmçinin qeyd edib ki, Qərbi Balkan ölkələri ilə dialoqun davamlı olmasına ümid bəsləyir və həm Avropa Birliyi, həm də Balkan ölkələri ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır.