Türkiyədə KORRUPSİYA QALMAQALI
Türkiyədə korrupsiya və rüşvət qalmaqalında adı keçən nazirlər istefa ərizələrini baş nazir Rəcəb Tayyip Ərdoğana təqdim ediblər. Daxili işlər naziri Müəmmər Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar və Avropa Birliyi naziri Egemen Bağışın vəzifəsində qalıb-qalmayacağı Ərdoğandan asılıdır.
Bu arada Rəcəb Tayyib Ərdoğanın qardaşı Mustafa Ərdoğanın bir qadınla seks görüntüləri sosial şəbəkələrdə yayılıb.
APA TV-nin xəbərinə görə, keçirilən əməliyyatlarla bağlı İstanbulun polis rəisi Hüseyn Çapkın da vəzifəsindən azad edilib. Dekabrın 18-də isə ikisi polis rəisinin köməkçisi olmaqla 11 şöbə müdiri vəzifəsindən çıxarılmışdı.