Əsəd təcili Rusiyaya gəldi - PUTİNLƏ GÖRÜŞDÜ

Rusiya prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, danışıqlar Bəşər Əsədin Soçiyə işgüzar səfəri çərçivəsində aparılıb. Görüş Rusiya prezidentinin yay iqamətgahında baş tutub.

Görüş zamanı B.Əsəd siyasi böhranın nizamlanma prosesini və eyni zamanda silahlı birləşmələrlə mübarizəni davam etdirəcəyinə dair vəd verib. O, hazırda regiondakı ümumi vəziyyəti sabit hesab etdiyini deyib və bu işdə hökumət qüvvələrinin rolunu vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv