Tramp NATO ölkələrinə "haqq" qoyur - DAHA ÇOX XƏRCLƏYİN

"NATO ölkələri ÜDM-in 2 yox, 4 faizini müdafiə xərclərinə yönəltməlidir".  

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib: "Daha çox çalışmalıyıq. Biz hələ də 20 ölkənin müdafiə xərclərini 2 faizə çatdırmasını gözləyirik. Amma 2 faiz çox azdır, bu göstərici əslində 4 faiz olmalıdır".


Yens Stoltenberq isə bu məsələdə liderlik etdiyinə görə ABŞ-a minnətdarlıq bildirib.

 

Qeyd edək ki, NATO büdcəsinin böyük hissəsini ABŞ təmin edir. D.Tramp dəfələrlə alyansı tənqid edərək, müttəfiqlərdən üzvlük haqqını artırmağı tələb edib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov