Anasını 20 bıçaq zərbəsiylə ÖLDÜRDÜ - BAKIDA

Bakıxanov qəsəbəsində törədilən dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb. Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın APA TV-yə verdiyi məlumata görə, hadisə dekabrın 18-də qeydə alınıb. Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində, qısqanclıq zəminində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarəti ilə qətlə yetirib: "Həyata keçirilmiş istintaq tədbirləri nəticəsində cinayətin mərhumun oğlu tərəfindən törədilyi müəyyən edilib. Dünyamalıyev həbs edilib. İş üzrə araşdırma aparılır". 

 

İlkin araşdırma zamanı Mürsəl Dünyamalıyevin anasına 20 -dən çox bıçaq xəsarəti yetirdiyi məlum olub. Dünyamalıyevin özəl şirkətlərin birində mühafizə xidmətində işlədiyi bildirilir.

 

Müəllif | Apa.Tv