Səudiyyə vəliəhdi öldürülüb! - İRANDAN ŞOK İDDİA

"Səudiyyə Ərəbistanı vəliəhdi öldürülüb". APA TV-nin məlumatına görə, bu iddialı xəbəri İranın "Keyhan" qəzeti tirajlayıb.

ABŞ və Avropa turnesindən sonra vəliəhdə ötən ay ölkədə çevriliş cəhdi zamanı sui-qəsd edildiyi deyilir.

Xatırladaq ki, aprelin 21-də Ər-Riayddakı kral sarayının yaxınlığında silahlı insident baş vermişdi. Bunun ardınca isə kral Salman bin Ədüləziz əl-Səud və vəliəhd Məhəmməd bin Salmanın paytaxt yaxınlığındakı ABŞ-a aid hərbi aviabazaya qaçırıldıqları açıqlanmışdı.

Bu barədə rəsmi məlumat verilməsə də, mediaya atəş açanların əsgərlərin olduğu, kral sarayının üzərində isə PUA-ların uçduğu bildirilmişdi.

İran nəşri mediaya açıq olan 32 yaşlı Məhəmməd bin Salmanın 27 gündür heç yerdə görünmədiyini əsas gətirir.

Bundan başqa, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun aprelin 28-də Ər-Riyada səfəri zamanı keçirdiyi görüşlərin heç birində vəliəhd iştirak etməyib.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı