Çavuşoğlu: "Dünyanı İsrailə qarşı birləşdirəcəyik"

"Dünyanı İsrailə qarşı birləşdirəcəyik".

 

APA TV-nin məlumatına görə, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Çavuşoğlu Fələstin xalqına qarşı müharibə və insanlıq cinayətlərini, BMT, Beynəlxalq Cinayət Məhkəməsi və İslam Əməkdaşlıq Təşkilatının müzakirəsinə çıxaracaqlarını deyib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə bu məqsədlə telefon diplomatiyası yürüdürlər.

 

Türkiyəli nazir Fələstin dövlətinin daha çox ölkə tərəfindən tanınması üçün fəaliyyətlərini genişləndirəcəklərini deyib: "Bu günə qədər müstəqil Fələstin dövlətini tanımaq istəyib tanımaqda tərəddüd edən ölkələrə qarşı bütün beynəlxalq ictimaiyyətlə birlikdə olacağıq. Bu ölkələri də Fələstinin müstəqilliyini tanımağa təşviq edəcəyik".

Müəllif | Apa.Tv
Elvin Bayramlı