Almaniya: Mənfəətimiz üçün ABŞ-la mübarizəyə hazırıq

"Öz mənfəətlərimiz üçün ABŞ-la mübarizə aparmağa hazırıq".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer deyib: "ABŞ "hər şeydən əvvəl Amerikadır" düşüncəsi ilə hərəkət etməyə davam edərsə, Avropa da ona eyni cavabı verəcək".

P.Altmayer bildirib ki, ABŞ Avropa İttifaqının (Aİ) müttəfiqidir və hər kəs ortaq dəyərlər çərçivəsində çıxış etməlidir. 

 

Aİ Komissyasının sədri Jan-Klod Yunker isə ABŞ-la birlik arasında ticarət əlaqələrində balansı qorumaq üçün bir neçə gün ərzində fəaliyyət proqramının hazırlanacağını qeyd edib.
 

"Beynəlxalq təhlükəsizlik sığortası olmadan ABŞ öz sənayesini qorumaq üçün bir sıra işlər görür. Bu bizi məyus edir. Bu hal müttəfiqlik anlayışına uyğun deyil" - deyə, Jan-Klod Yunker vurğulayıb.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı