ABŞ İrana qarşı Suriya və İraq variantlarından istifadə edəcək - BƏYANAT

"ABŞ İran rejiminə qarşı qlobal koalisiya yaratmaq niyyətindədir" .

 

APA TV-nin "Associated Press"ə istinadən məlumatına görə, bunu Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bəyan edib.

 

O bildirib ki, qarşıdakı həftələrdə dövlət katibi Mayk Pompeo İrana qarşı növbəti addımlarla bağlı planını təqdim edəcək: "ABŞ koalisiyanın yaranması üçün addımlar atacaq. Məqsəd İranın mövcud vəziyyəti gərginləşdirməyə istiqamətlənən addımlardan çəkindirmək və oradakı rejimə daha realistik nöqtədən baxmaqdır. Tehranın addımları təkcə region deyil, dünya  üçün təhlükə yaradır".

 

H.Nauertin sözlərinə görə, yaradılacaq koalisiya İran xalqına deyil, yerində olmayan hakimiyyətə qarşı yönələcək və ABŞ-ın Suriya və İraqdakı koalision fəaliyyətinə bərabər tutulacaq.

 

 

Müəllif | Apa.Tv
Fərid Əkbərov