Rəqəmsal yayıma nə vaxt keçiləcək?
Rəqəmsal yayımla bağlı dövlət səviyyəsində işlər həyata keçirilir və bu istiqamətdə müəyyən nailiyyətlər əldə olunub. APA TV-nin xəbərinə görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, artıq texniki cəhətdən şərait yaradılıb və yaxın vaxtlarda vətəndaşların bu xidmətdən istifadəsinin təmin olunması gözlənilir: "Bu fəaliyyət həyata keçirildikdən sonra ölkədə analoq yayımın dayandırılması məsələsinə baxılacaq. Yəni, rəqəmsal yayım həyata keçdikdən sonra analoq yayımın dayandırılması gözlənilir. Lakin televiziya kanalları da bu istiqamətdə müəyyən işlər görməlidir. Qiymət məsələsi isə müzakirə predmetidir. Hazırda bununla bağlı müzakirələr gedir, yalnız bundan sonra qiymətlərlə bağlı nəsə demək olar".
Nazir müavini hazırda hökumətdə rəqəmsal televiziya yayımı ilə bağlı aztəminatlı ailələrin dekoderlərlə pulsuz təminatı məsələsinə də baxıldığını bildirib.