Avtomobili geriyə hərəkət etdirən sürücü piyadanı vurub - GƏNCƏDƏ

Gəncədə avtomobil piyadanı vurub öldürüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

“Ford” markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayonunun Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv