Ukraynada avtobus qəzasında 22 nəfər xəsarət alıb
Ukraynanın Dnepropetrovsk vilayətində ağır yol qəzası baş verib. APA TV-nin “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə Kamenskoye şəhərində qeydə alınıb.
Sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılardan 12-si xəstəxanaya yerləşdirilib. Qalanlarına hadisə yerində tibbi yardım göstərilib.
Qəzanın səbəbləri müəyyənləşdirilir.