Cənubi Koreya ABŞ-la hərbi təlimləri dayandırdı - KXDR-Ə GÖRƏ

ABŞ və Cənubi Koreya Donald Tramp və KXDR lideri Kim Çen In arasında keçiriləcək görüş ərəfəsində Pxenyanın narazılığına səbəb olan birgə hərbi təlimlərini dayandırıb.

APA TV-nin məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti amerikalı yüksək rütbəli şəxslərə istinadən yazıb.

Məlumata əsasən, təlimlər rəsmi Seulun təşəbbüsü ilə dayandırılıb. Cənubi Koreya rəhbərliyi ABŞ-KXDR sammiti ərəfəsində təlimlərin keçirilməsinin yarımadada gərginliyin artmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

Bundan əvvəl KXDR Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. Rəsmi Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.

Müəllif | Apa.Tv
Apa.tv