ABŞ-da 17 yaşlı şagird sinfə girərək hamıya atəş açıb - 10 ÖLÜ, 10 YARALI
ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) məktəbdə silahlı insident baş verib. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Bu barədə Texas ştatının qubernatoru Qreqq Ebbott bildirib.
İlkin məlumata görə, insidentlə əlaqədar 2 nəfər saxlanılıb. CNN telekanalının xəbərinə görə, 17 yaşlı şagir Dimitrios Paqurtzis sinfə daxil olaraq ətrafdakılara atəş açıb. İlkin məlumata görə, nəticədə 9 məktəbli və 1 müəllim ölüb. Hadisənin motivi hələ ki bəlli deyil.
Təhsil ocağının rəhbərliyi məktəbdə partlayıcı qurğuların aşkar edildiyini bildirib. Onlar istehkamçılar tərəfindən zərərsizləşdirilib.