Nazir əmr imzaladı: 2 rayona yeni polis rəisi təyin edildi
Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.
APA TV-nin məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Abşeron rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilərək Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə Xızı rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi Həmid Həsənov Xızı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Xatırladaq ki, Astaranın polis rəisi olmuş Adil Həsənov və Xızı rayon Polis Şöbəsinin rəisi olmuş Elmar Usubov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.