ABŞ-da bir gündə ikinci məktəb qətliamı - ÖLƏN VƏ YARALILAR VAR

ABŞ-ın Corciya ştatında məktəbdə atışma olub.

 

APA TV-nin WXIA TV-yə istinadən məlumatına görə, hadisə Atlanta şəhəri yaxınlığında, məzunlarının buraxılış mərasimində qeydə alınıb.

İnsident nəticəsində güllə yarası alan 3 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri dünyasını dəyişib.


Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov