Neft yenidən ucuzlaşmağa başladı - PROQNOZLARIN ƏKSİNƏ

Birjaların son günündə neft dəyər itirib.


APA TV-nin məlumatına görə, "Brent" markalı neft həftənin son satışlarında 78,67 dollardan təklif olunub.

Bu, bir dollarlıq ucuzlaşma deməkdir. Qərbi Texas nefti də ucuzlaşıb. WTI markası "Brent" neftinə nisbətən daha az - 25 sent ucuzlaşaraq 71,38 dollardan satılıb.

Birjalar sabah gecə saatlarında açılacaq. İlk satışlarda qiymətlərin bahalaşması gözlənilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı