Səudiyyədə yenidən kütləvi həbslər başladı - CASUSLAR TUTULUR

Səudiyyə Ərəbistanında 7 nəfər həbs olunub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən görə, onlar krallıqdan kənarda ölkəyə qarşı düşmənçilik elementləri yaymaqda, habelə pozuculuq fəaliyyətində ittiham edilir.

 

Bu məqsədlə onların xarici xüsusi xidmət orqanları ilə birgə dövlət strukturlarında işləyən şəxsləri məxfi əməkdaşlığa cəlb etdiyi də bildirilir.
 

Hazırda istintaq orqanları saxlanılanlarla əlbir olan digər şəxslərin də kimliyini müəyyən etməyə çalışır.

 

Xatırladaq ki, 2017-ci ilin noyabrında Ər-Riyadda 11 şahzadənin həbs olunduğu xüsusi əməliyyat keçirilib. Nəticədə onların 100 milyard dollarlıq sərvəti müsadirə olunaraq, dövlət büdcəsinin hesabına qaytarılıb.

 

 

 


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov