İraqda parlament seçkilərini şiələr qazandı - SON NƏTİCƏ

İraqda parlament seçkilərinin son nəticələri açıqlanıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, seçkilərdə şiə lider Müqtəda əs-Sədrin dəstəklədiyi koalisiya qələbə qazanıb.

İraq Müstəqil Ali Seçki Komissarlığı dairə sədri Riyad Bedran Bağdadda keçirdiyi mətbuat konfransında Müqtəda əs-Sədrin qələbə qazandığını deyib. Sədrin dəstəklədiyi "Sairun" koalisiyası 329 yerlik parlamentdə 54 millət vəkili yeri qazanıb.

 

"Haşdi Şabi" komandirlərindən Hadi Amiri liderliyində "Fetih" koalisiyası 47 vəkillə ikinci, baş nazir Heydər əl-İbadinin koalisiyası Nasır isə 42 vəkillə üçüncüdür.

 

Türkmənlər Kərkükdən 3 vəkil yeri qazanıb. Məsud Bərzaninin Kürdüstan Demokratik Partiyası 25, Kürdüstan Yurdsevərlər Birliyi 17, "Goran" hərəkatı isə 5 yer qazanıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı